Dərc edildi: Baxış sayı: 596
Qadınlara niyə şokolad yemək və şərab içmək faydalıdır? - Alimlərdən tövsiyyə...
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, fransız alimləri qadınlarda diabetin inkişafı ehtimalının az olduğunu sübut ediblər. Əgər onlar normal ölçüdə qırmızı şərab və qara şokoladdan istifadə edərlərsə. Ekspertlərin sözlərinə görə, bu məhsullarda diabet əleyhinə səmərəli müdafiə təsiri olan antioksidantlar mövcuddur.
15 il ərzində mütəxəssislər tədqiqatda 40 yaşdan 65 yaşa kimi 64000 qadını öyrəniblər. Müəyyən olunub ki, çayda, qozda, qaragilədə də aşkar olunan antioksidantı daha çox qəbul edən qadınlar, bu məhsullardan az istifadə edənlərlə müqayisədə 27% az diabetdən əziyyət çəkirlər.
Baxmayaraq ki, meyvə və tərəvəzin faydalılığı məlumdur, ekspertlər daha çox spirtli içkilərin təhlükəsi ilə qayğılarını bildiriblər.
Amma, tədqiqat göstərib ki, antioksidantların 15% -i alkoqol vasitəsilə, başda qırmızı şərab olmaqla orqanizmə daxil olur. Bununla əlaqədar bu qənaətə gəliblər ki, şərabda olan antioksidantların faydası spirtli içikidən istifadənin təhlükəsini üstələyir, bir şərtlə ki, norma gözlənməli, hər gün yarım badə şərabdan artıq içilməməlidir.
Mütəxəssislər qeyd edirlər ki, antioksidantlar orqanizmi diabetə səbəb olacaq oksidləşdirici stresdən qoruyur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət