Slimfit
  1. AZƏRBAYCAN

Qadınlar üçün "Qaynar xətt"in yaradılması təklif edilir

Qadınlar üçün "Qaynar xətt"in yaradılması təklif edilir
Sakura

Qadınlar üçün "Qaynar xətt"in yaradılması təklif edilir

"Qadın zorakılığı təkcə ailənin fəaliyyətini iflic etmir, həm də cəmiyyətin təhlükəsizliyini şübhə altında qoyur".
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, Qadın və Uşaq məsələri komitəsinin sədri Aqiyyə Naxçıvanlı deyib. O bildirib ki, məişət zorakılığı ilə bağlı qanunvericilik mükəmməl və beynəlxalq hüquq normalarına uyğundur. 

"2014-cü ildə Avropa Şurasının qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması, ona qarşı mübarizə haqqında İstanbul Konvensiyası bütün Avropada və ondan kənarda zorakılığın qurbanı olan milyonlarla qadına güclü siqnal göndərir. Bu konvensiya bir baxımdan islahat xarakteri daşıyır. Bir tərəfdən konvensiya qadınlara qarşı zorakılığı insan hüquqlarının pozulması və ayrıseçkiliyin bir forması kimi tanıyır. Düşünürəm ki, ölkəmizin də bu konvensiyaya qoşulması mühüm addım olardı". 

A.Naxçıvanlı qeyd edib ki, zorakılığa məruz qalmış qadınlar üçün "Qaynar xətt"in yaradılmasına ehtiyac var. "Buna vəsaitin ayrılması üçün parlamentdə məsələ qaldırmışam. Hesab edirəm ki, zorakılıq problemlərinin aradan qaldırılması üçün effektiv nəticə verəcək". 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR