Dərc edildi: Baxış sayı: 1092
Qadınlar niyə xəyanət edir? - Kişilərdən fərqli olaraq qadınlar özlərinə daimi məşuq tapırlar...
Qadın xəyanəti mövzusu psixoloqlar üçün çox qıcıqlandırıcı bir mövzu olsa da, bulvar nəşrlərdə tez-tez müzakirə olunur.
Qadınlar da kişilər kimi xəyanətlərini etiraf etməyi sevmirlər. Amma, kişi xəyanəti çox vaxt mümkün olan bir şey kimi qəbul olunursa, qadın xəyanəti dostlar və tanışlar tərəfindən kəskin mühakimə olunur. Bu bizim cəmiyyətin patriarxal quruluşu ilə izah olunur.
Əksər psixoloqlar qadınlara da, kişilərə də məsləhət görürlər ki, heç vaxt xəyanətlərini etiraf etməsinlər. Öz xəyanətindən danışmaqla günahını tərəfdaşına qarşı çevirmiş olursan ki, qoy indi də o əzab çəksin, fikirləşsin, həyəcan keçirsin, sizin vicdanınız yalnız bu zaman sakit olacaq. Adətən, praktikada elə bu cür də olur.
Xəyanətə adətən tərəflərin nikahda olması, ya sadəcə olaraq nikahdan kənarda ola bilməsi və ya sadəcə əlaqədə olmaqları bir-birini başa düşməmək üçün misal gətirilir.
Qadın xəyanətləri
Qadın xəyanətlərinin xarakterik cəhəti onun qəflətən, anın təsiri ilə baş verməsidir və qadın həmin saatdan vicdan əzabı keçirir.
Qadın xəyanətlərinin bir neçə səbəbi var:
qadın tərəfdaşından diqqət hiss etmir
qadın özünü seksual tərəfdaş kimi arzuolunmayan hiss edir
qadın tərəfdaşından görmədiyi sevinc emosiyasını hiss etmək istəyir
qadın ailədə özünü gərəksiz hiss edəndə
qadın tərəfdaşından emosional yaxınlıq ala bilmir
əri ilə tez-tez uzun müddətə ayrı qalanda
qadın tərəfdaşından öz psixoloji asılılığını hiss edəndə
qadın tərəfdaşının zəif olduğunu hiss edəndə
qadın tərəfdaşının xəyanətini bilib qisas almaq istəyəndə
qadın başqa kişiyə vurulanda
karyerasını artırmaq istəyəndə
öz qiymətini artırmaq istəyəndə
qadın maddi təşəkkür istəyəndə
Qadın xəyanətinin fərqli tərəfləri
Kişilərdən fərqli olaraq qadınlar özlərinə daimi məşuq tapırlar. Öz ailəsində başa düşülməyəndə, o məcbur olur ki, ehtiyacını başqa yerdə ödəsin.
Əlbəttə, qadın kişiyə deyə bilmir ki, o xoşuna gəlir- çox vaxt o gözləyir ki, onun rast gəldiyi, qəlbini çiçəklərlə, hədiyyələrlə, münasibəti ilə ələ alsın.
Qadın ovlayan kişinin rolunu hələ heç kim onun əlindən almayıb və qadın hər zaman məcburən vəziyyətdən çıxmaq üçün kişini inandırmağa çalışır ki, xəyanətdə onun heç bir günahı yoxdur, o sadəcə olaraq həmin anın, israrlı qulluq etmənin təsirinə düşüb.
“Müqəssir deyiləm, mən- o özü gəlib” (“Brilyant əl” kinofilmindən bir deyim) bu cür günahsız olduğunu qadın özü uydurur və adətən özü də buna inanır.
Mənbə: Moderator.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət