Qadınlar arasında futbol üzrə Çempionlar Liqasının finalında “Barselona” və “Lion” qarşılaşacaqlar
İspaniyanın “Barselona” və Fransanın “Lion” komandaları qadınlar arasında futbol üzrə Çempionlar Liqasının finalında yarışacaqlar.
AZƏRTAC xəbər verir ki, turnirin cavab yarımfinal oyunları bazar günü keçirilib. “Barselona” Almaniyanın “Bavariya” komandasına 1:0 hesabı ilə qalib gəlib. Komandaların birinci görüşü də həmin hesabla başa çatmışdı. “Lion” yarımfinalda İngiltərənin “Çelsi” komandası ilə cavab görüşündə heç-heçə (1:1) oynayıb, birinci matç isə fransızların qələbəsi ilə bitmişdi (2:1).
Qadınlar arasında futbol üzrə Çempionlar Liqasının finalı mayın 18-də Budapeştdə keçiriləcək. Finalın 1/16 mərhələsində Rusiyanın iki komandası mübarizəni dayandırıb. “Zvezda” iki oyunda xalların ümumi sayına görə (0:3, 0:1) Norveçin “Stremmen” komandasına, “Ryazan-VDV” isə İsveçin “Rusenqord” komandasına (0:1, 0:2) uduzub.
Qadınlar arasında futbol üzrə Çempionlar Liqası 2009/2010-cu illər mövsümündən keçirilir. Buna qədər isə 2001/2002-ci illər mövsümündən başlayaraq qadınlar arasında futbol üzrə UEFA Kuboku kimi keçirilirdi. 2008/2009-cu illər mövsümünün finalında “Zvezda-2005” iştirak edib. Lakin Almaniyanın “Duysburq-2001” komandasına uduzub (0:6, 1:1). “Lion” son 10 il ərzində 8 dəfə finala çıxıb, komanda turnirin beşqat qalibidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət