Slimfit
  1. İDMAN

Qadın voleybolçular arasında dünya çempionatında ilk tura yekun vurulub

Qadın voleybolçular arasında dünya çempionatında ilk tura yekun vurulub
Sakura

Qadın voleybolçular arasında dünya çempionatında ilk tura yekun vurulub

Bu gün Yaponiyada start götürən qadın voleybolçular arasında dünya çempionatında I tura yekun vurulub.

Report” xəbər verir ki, Azərbaycan millisinin yer aldığı C qrupunda 3 görüş baş tutub. Faiq Qarayevin baş məşqçisi olduğu komanda ABŞ-a, Trinidan və Tobaqo Rusiyaya 0:3 hesabı ilə uduzub. Cənubi Koreya isə Tailanda 2:3 hesabı ilə məğlub olub. Bu nəticələrdən sonra Rusiya və ABŞ 3 xalla ilk iki pilləni bölüşürlər. Tailand 2 xalla 3-cü, Cənubi Koreya 1 xalla 4-cü sıradadır.

Azərbaycanla Trinidan və Tobaqo isə son iki pillədə qərarlaşıblar.

Milli komanda sentyabrın 30-da Cənubi Koreya, (Bakı vaxtı ilə saat 11:10), oktyabrın 2-də Rusiya (08:40), ertəsi gün Trinidad və Tobaqo (08:40), ayın 4-də Tailand (11:10) yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, qadınlar arasında voleybol üzrə dünya çempionatı 24 milli yığma komandanın iştirakı ilə sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyanın 6 şəhərində keçiriləcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR