Slimfit
  1. İQTİSADİYYAT

Qadın sahibkarlar üçün akselerator proqramının təqdimatı olub

Qadın sahibkarlar üçün akselerator proqramının təqdimatı olub
Sakura

Qadın sahibkarlar üçün akselerator proqramının təqdimatı olub

“Azərbaycanda qadınların iqtisadi fəallığını artırmaq üçün dövlət tərəfindən sistemli tədbirlər həyata keçirilir”.

Report” xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən "Scale Up" - qadın sahibkarlar üçün akselerator proqramının təqdimatında deyib.

Onun sözlərinə görə, ölkədə sahibkarlığın, xüsusilə də qadın sahibkarların inkişafına ciddi dəstək verilir: "Bu gün dövlət bütün iqtisadi imkanlarını bunun üçün istifadə edir”.

“Scale Up” proqramı barədə danışan nazir müavini deyib ki, bu proqram qadınların bilik və bacarıqlarını artırmaqda mühüm rol oynayacaq: “Bilik olmadan nəyəsə nail olmaq mümkün deyil. Hər şeyin başlanğıcı bilikdir”.

N.Səfərov ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradıldığını xatırladıb və bildirib ki, bu agentlik ölkədə sahibkarlığın inkişafı ilə bağlı çox ciddi işlər görüb: “KOBİA sahibkarlığın inkişafı ilə bağlı qanunvericilik bazasının hazırlanmasında, mövcud qanunların daha mütərəqqi səviyyəyə çatdırılmasında böyük işlər görür”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR