Qadın orqanizmi üçün ən faydalı məhsul açıqlandı
Mütəxəssislər aparılan araşdırmalardan sonra qadın orqanizmi üçün faydalı olan bir sıra məhsulların adını açıqlayıb.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən bildirir ki, tibb işçilərinin fikrincə, qadın orqanizmi üçün ən əsas və faydalı məhsul – ispanaqdır. O, əzələləri bərkidir və qadın libidosunu stabilləşdirir. O da qeyd olunub ki, qadınlar tez-tez yağlı dəniz məhsulları qəbul etməlidir. Həmin qidalar dəri qatını və dırnaqları bərkidir.
Qadınlar müntəzəm qaydada təmiz içməli su içməlidir. Məhz o, bütün orqanizmin fəaliyyətini normallaşdırır. Zülal tərkibli məhsullardan da istifadə etmək məsləhət görülür. Belə ki, onlar artıq çəki ilə mübarizədə və maddələr mübadiləsinin yaxşılaşdırılmasında əvəzsiz rol oynayır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət