Slimfit
  1. ELM

Qadın orqanizmi idman üçün yaradılmış ideal sistemdir

Qadın orqanizmi idman üçün yaradılmış ideal sistemdir
Sakura

Qadın orqanizmi idman üçün yaradılmış ideal sistemdir

Alimlər belə qənaətə gəliblər ki, kişi orqanizmi ilə müqayisədə qadın orqanizmi təbiətən daha yaxşı idman formasında olur. Buna səbəb ümumi vəziyyətin göstəriciləri – oksigenin daha sürətlə udulması və əzələ yorğunluğu riskinin aşağı olmasıdır. Bundan əlavə, qadın bədəninə daxil olan oksigen kişi orqanizmi ilə müqayisədə 30 faiz daha effektiv sərf edilir.

AZƏRTAC meddaily.ru saytına istinadən bildirir ki, Vaterloo Universitetinin professoru Riçard Hyusonun sözlərinə görə, qadın əzələləri qandan oksigeni daha tez ayırır ki, bu da qadınların aerob sisteminin daha mükəmməl olmasından xəbər verir.

Bu, 18 sağlam fəal könüllü üzərində aparılan təcrübə zamanı aşkar edilib (qadın və kişilərin nisbəti 50/50). Bütün könüllülər çox da çətin olmayan tapşırığı - idman “cığırında” qaçışı yerinə yetiriblər.

Bu müddət ərzində alimlər ürək döyüntülərinin tezliyini və toxumalarda oksigenin miqdarını, həmçinin vena və arteriya damarlarındakı qanın oksigen konsentrasiyasının fərqini qiymətləndiriblər. Məlum olub ki, məşq zamanı qadınların bədənində oksigen kişilərə nisbətən daha tez udulur. Bu onu göstərir ki, qadınlarda əzələlər daha az yorulur. Ola bilsin ki, qadınlar üçün məşq rejiminə yenidən baxmaq barədə düşünməyə dəyər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR