Dərc edildi: Baxış sayı: 509
Azərbaycan idmançısı Elis Manolova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin…
Azərbaycan idmançısı Elis Manolova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında gümüş medal qazanıb.
Azvision.az xəbər verir ki, 4-cü yarış günündə qadınlardan ibarət yığmamızın son iki üzvü mübarizəyə başlayıb.
Güləşçimiz Elis Manolova üçün yarışın startı uğurlu alınıb. O, səkkizdəbir finalda Monqolustan təmsilçisini məğlub edib. Elisin dörddəbir finalda Rusiya idmançısı ilə mübarizəsi maraqlı alınıb. Belə ki, 2:8 hesabı ilə geri düşən E.Manolova sona bir dəqiqə qalmış tuşe ilə qalib gələrək yarımfinala yüksəlib. Yığma üzvünün yarımfinal görüşü axşam seansında keçirilib. İsveçli rəqibinə də gücünü göstərən idmançımız adını finala yazdırıb. Təmsilçimiz noyabrın 16-da axşam seansında final qarşılaşmasını keçirib və yapon rəqibinə uduzaraq gümüş medalla kifayətlənib.
Digər idmançımız Alyona Kolesnik təsnifat mərhələsində türkiyəli güləşçiyə böyük hesabla qalib gələrək, mundiala inamlı start verib. Ancaq A.Kolesnik dörddəbir finalda Kanada nümayəndəsinə müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyi üçün Alyona noyabrın 16-da təsəlliverici görüşə çıxıb. Macarıstan təmsilçisi ilə qarşılaşmanın əvvəlindən üstünlük quran idmançımız son saniyələrdə tuşe ilə qələbə qazanıb. A.Kolesnik axşam seansında bürünc medal görüşünə çıxıb və Monqolustan təmsilçisinə yenilərək beşinci yerlə kifayətlənib.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət