Slimfit
  1. İDMAN

Qadın güləşçilərin Çeboksarı sınağı

Qadın güləşçilərin Çeboksarı sınağı
Sakura

Qadın güləşçilərin Çeboksarı sınağı

Sabah Rusiyanın Çeboksarı şəhərində qadın güləşi üzrə açıq Rusiya Kubokuna start veriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, iki gün davam edəcək turnirdə Rusiya, Azərbaycan və Qırğızıstanın qadın güləşçiləri mübarizə aparacaq. Ölkəmizi yarışda məşqçilər Rövşən Umudov və Solmaz Adilovanın rəhbərliyi altında Şəhanə Nəzərova (50 kq), Birgül Soltanova (57 kq), Alyona Kolesnik (59 kq), Tatyana Omelçenko, Jalə Əliyeva (hər ikisi 62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) təmsil edəcək.

Proqrama əsasən, noyabrın 22-də bütün çəkilərdə finalçılar müəyyənləşəcək. Təsəlliverici və medallar uğrunda qarşılaşmalar isə noyabrın 23-də keçiriləcək

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR