Dərc edildi: Baxış sayı: 272
"Qaçqınkom": "İlin sonunadək 10 minə yaxın keçmiş məcburi köçkünün yurdlarında məskunlaşması təmin ediləcək"
"Bu ilin sonunadək ümumilikdə 10 minə yaxın keçmiş məcburi köçkünün öz doğma yurdlarında məskunlaşması təmin ediləcək".
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədr müavini Fuad Hüseynov deyib.
"Bu ilin sonunadək ümumilikdə 2 minə yaxın keçmiş məcburi köçkün ailəsinin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında öz doğma torpaqlarına qayıdışı və daimi məskunlaşdırılması nəzərdə tutulur", - o vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət