Slimfit
  1. CƏMİYYƏT

"Qaçqınkom": 11 ailə yeni mənzillərə köçürülüb

"Qaçqınkom": 11 ailə yeni mənzillərə köçürülüb
Sakura

"Qaçqınkom": 11 ailə yeni mənzillərə köçürülüb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sentyabrın 14-də axşam radələrində Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı qəsəbəsində, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı “Qızılqum” sanatoriyasının beşmərtəbəli binasında qəza vəziyyətinin yaranması haqqında məlumat daxil olub.

Ens.az xəbər verir ki,Komitədən "Report"a verilən məlumata görə, məcburi köçkünlərin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görülüb.

Aidiyyəti dövlət qurumlarının nümayəndələri əraziyə baxış keçirib. 98 ailənin müvəqqəti məskunlaşdığı sanatoriyanın qəzalı vəziyyətdə olması nəzərə alınaraq, onlara binanı tərk etmək tövsiyə olunub.

Dövlət Komitəsinin balansında olan boş mənzil fonduna uyğun olaraq, “Qızılqum” sanatoriyasının beşmərtəbəli binasında yaşayan 11 ailə yeni mənzillə təmin olunub. 
Digər ailələrə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Ümid” qəsəbəsində tikintisi başa çatmış 180 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan yaşayış məhəlləsinə köçmək təklif olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR