Qablaşdırma materialları qidaya necə təsir edir?
Müasir dövrdə piştaxtalarda minlərlə eyni çeşidli məhsul görmək mümkündür. Bu səbəbdən də istehsalçılaralıcıların marağını cəlb etmək üçün müxtəlif dizaynlı qablaşdırmalardan istifadə edirlər. Bəs bu qablaşdırma materialları qidaya necə təsir edir? Qablaşdırılmış məhsul alarkən nəyə diqqət etmək lazımdır? Əməkdaşlarımız mövzunu araşdırıblar.
Plastik, şüşə, metal, karton, kağız və kombinləşdirilmiş qablaşdırma materialları...
Qida ilə birbaşa təmasda olan qablaşdırma materiallarının xüsusi rolu var və buna görə də istehsal zamanı qablaşdırmadüzgün seçilməlidir. Mütəxəssislər bildirirlər ki, qablaşdırma düzgün seçilmədikdə qida ilə birbaşa təmasda olan qablaşdırma materialının tərkibində olan kimyəvi maddələr qidaya təsir edə bilər.
Qida Təhlükəsizliyi Agentliyinin böyük məsləhətçisi Cavid Quliyevin sözlərinə görə qablaşdırılma materialının üzərində bununqida sənayesində istifadəyə uyğun olmasını və hazırlandığı materialın növünü bildirən işarə olmalıdır.
Qablaşdırılma materiallarından məhsullara keçə biləcək zərərlərin qarşısını almaq üçün, qida məhsullarının istehsalçıları mütamadi olaraq qablaşdırılma materiallarının toksikoloji və digərtestlərə tabe tutmalarının vacib olduğu bildirilir.
Mənbə: Strategiya.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət