Dərc edildi: Baxış sayı: 883
Putinlə Zelenskinin təkbətək görüşü baş tutacaq
Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Vladimir Zelenski ilə “Normand dördlüyü” ölkələrinin Parisdə baş tutacaq samitində görüşmək niyyətindədir.
TASS agentliyi xəbər verir ki, məlumatı Rusiya liderinin mətbuat katibi Dmitri Peskov verib.
Öz açıqlamasında D.Peskov Vladimir Putunin “Normand dördlüyü” sammitinə yüksək əhval-ruhiyyədə yollanacağını bildirib.
“Vladimir Putinin Fransa Prezidenti Emanuel Makron, Almaniya Kansleri Angela Merkel və Ukrayna dövlət başçısı Vladimir Zelinski ilə təkbətək görüşü nəzərdə tutulub”, - Dmitri Peskov qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət