Slimfit
  1. DÜNYA

“Putinin təkərli sığınacağı” satışa çıxarılır

“Putinin təkərli sığınacağı” satışa çıxarılır
Sakura

“Putinin təkərli sığınacağı” satışa çıxarılır

Rusiyada “Aurus” brendi altında “Kortej” layihəsinin xəttindən avtomobillər fevralın 15-də satışa çıxarılacaq.

Qafqazinfo”nun “RBK”ya istinadən verdiyi xəbərə görə, bu tarixdən etibarən avtomobilləri Sənaye və Ticarət Nazirliyi ilə əməkdaşlıq edən iki səlahiyyətli diller- “Avilon” və “Panavto” şirkətlərindən sifariş etmək olar.

Məlumata görə, sifarişlər əsas iki model –“Aurus Senat Limousine L700” və “Aurus Senat S600” üzərində olacaq.

Avtomobillərin qiymətləri haqda dəqiq məlumat verilmir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ötən ilin dekabrında G20 sammitinə “Aurum” limuzini ilə qatılmışdı. Nüvə silahına, bombaya qarşı dayanıqlılığı ilə tanınan, “Putinin təkərli sığınacağı” adlandırılan maşın sammit qonaqlarının, xüsusilə daha çox ərəblərin marağında olub. Bundan sonra isə ölkədə bu avtomobillərin istehsalı artıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR