Dərc edildi: Baxış sayı: 254
Putinin Pekinə səfəri Ukraynanı narahat etdi
Rusiya Prezidenti Vladimir Putinin Çinə səfəri Ukrayna üçün müəyyən risklər daşıyır.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib.
O qeyd edib ki, Putinin istənilən səfəri onun yarada biləcəyi bütün risklərlə bağlı diqqətlə izlənilir:
"Bu isə təbii ki, bizim üçün müəyyən risklər daşıyır. Ona görə də Ukrayna sadəcə olaraq monitorinq aparmır, həm də müxtəlif ssenarilər hazırlayır".
Xatırladaq ki, Vladimir Putin "Bir kəmər - bir yol" forumunda iştirak etmək üçün ötən gün Pekinə səfər edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət