Dərc edildi: Baxış sayı: 814
Putinin köməkçisinin qızı 3 gün oruc tutdu
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun qızı - Yelizaveta “Instagram” səhifəsində müsəlmanların müqəddəs Ramazan ayında oruc tutma təcrübəsini paylaşıb.
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edən Y.Peskova oruc ibadəti haqqında fikirləri ilə bölüşüb.
“Bir çoxları üçün oruc tutmaq çox çətin və yorucu bir şeydir. O cümlədən sutkada 4 litr su içən mənim üçün. Ancaq məsələ özünü yönləndirməkdən asılıdır”,- Putinin köməkçisinin qızı belə yazır.
Liza əlavə edib ki, ruhi inkişafa, gerçəkləri bilməyə can atan inanclı insan olaraq İslamla çox maraqlanır və bu il Ramazan ayının son üç günündə oruc tutub.
Y.Peskova orucun tibbi əhəmiyyətindən də danışıb:
“Oruc hüceyrələri yeniləndirir və insan orqanizmi özünü təmizləməyə başlayır...”
"Əsas onu bilmək vacibdir ki, hər bir pəhrizin məqsədi özünüintizama alışmaq, ləzzətlərdən uzaqlaşma, ruhi durumumuza və düşüncələrimizə diqqət yetirməkdən ibarətdir”-deyə D.Peskovun qızı fikirlərini ümumiləşdirib.
Sultan Laçın
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət