Dərc edildi: Baxış sayı: 943
Putinin bu addımı dünyanı narahat etməlidir - Hoyer
ABŞ Konqresi Rusiyada baş verənləri diqqətlə izləyir.
Axar.az xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasında Demokratların lideri Steyni Hoyer Feysbuk səhifəsində paylaşıb.
“Putin rejiminin söz azadlığını boğmaq və müxalif namizədlərə təzyiq etmək cəhdləri bütün dünyanı narahat etməlidir. Konqres Rusiyada baş verənləri diqqətlə izləyir. Rusiya hakimiyyəti siyasi məhbusları azad etməli, dinc etirazçıların saxlanılmasını dayandırmalı və müxalif namizədlərin seçkidə iştirakına izn verməlidir”, - o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət