Slimfit
  1. DÜNYA

Putini "Kafir" adlandıran İran komandiri Suriyada öldürüldü

Putini "Kafir" adlandıran İran komandiri Suriyada öldürüldü
Sakura

Putini "Kafir" adlandıran İran komandiri Suriyada öldürüldü

İran İnqilab Keşikçiləri Ordusunun Suriyadakı yüksək rütbəli zabitlərindən olan Fərhad Debiriyan Dəməşqdə öldürülüb. Ens.az bildirir ki, 2015-ci ildə Rusiyanın Suriyaya daxil olmasına qarşı ən sərt mövqe sərgiləyən şəxslərdən biri olan Debiriyan Putin haqqında "kafir" ifadəsi işlətmişdi.

Suriyada Əsəd rejiminə dəstəyini davam etdirən İran ağır zərbə aldı. İran İnqilab Keşikçiləri Ordusunun bölgədəki ən əhəmiyyətli adlarından olan Fərhad Debiriyan, Dəməşqdə öldürüldü.

Rusiyaya və Putinə qarşı olan şəxslərdən biri idi.

İran İnqilab Keşikçiləri Ordusunun komandirlərindən Fərhad Debiriyan Rusiyanın Suriyaya daxil olmasına qarşı çıxan şəxslərdən biri idi. İran komandiri hətta səs yazılarında Putin barəsində "O kafirdir" söyləmişdi.

Diqqətlər İrana yönəldi

İranın bölgədəki ən nüfuzlu komandirlərindən birinin öldürülməsinin əsl səbəbi hələlik bilinməsə də, komandirin anti-Putin və anti-Rusiya mövqeyində olması bu məsələdə Rusiya faktorunun olmasını düşünməyə əsas verir. Rusiya və İranın bu məsələdə hansı mövqe sərgiləyəcəyi isə maraqla gözlənilir.

Mənbə: www.haberler.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR