Putinə sürpriz: Sergeylər istefa ərizəsi yazdı
Rusiya Milli Qvardiyasını eyni anda bir neçə general tərk etməyə hazırlaşır.
Axar.az xəbər verir ki, bu məlumatı “İnterfaks” öz mənbələrinə istinadən yayıb. İstefa məktubları yazan generallar arasında qvardiyanın rəis müavini ləzgi əsilli general-polkovnik Sergey Melikov, general-leytenant Sergey Mileyko, general-polkovnik Sergey Zaxarkinin da olduğu vurğulanıb. Bununla bərabər qvardiyadan istefaya hazırlaşanlar arasında Melikova tabe olan daha bir neçə generalın da olduğu bildirilib.
“Kommersant” qəzeti istefa məktublarının Milli Qvardiyanın rəhbəri Viktor Zolotovun öz müavinləri arasında səlahiyyətləri bölüşdürməsindən sonra başladığını qeyd edib. Zolotovun bu addımından sonra geniş səlahiyyətlərə malik olan Melikovun imkanları xeyli azaldılıb və onun tabeliyində yalnız xüsusi təyinatlılar, Dzerjinski adına operativ diviziya və aviasiya bölmələri saxlanılıb. Bu isə generalların narazılığına səbəb olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət