Slimfit
  1. DÜNYA

Putindən şok sözlər: Bunu hansı axmaq deyib?

Putindən şok sözlər: Bunu hansı axmaq deyib?
Sakura

Putindən şok sözlər: Bunu hansı axmaq deyib?

Rusiya Prezidenti Vladimir Putin Uzaq Şərqi yalnız büdcədən vəsait yeyən ballast hesab edənləri axmaq adlandırıb.

Axar.az xəbər verir ki, bu barədə Putin Dövlət Şurası Rəyasət Hüyətinin Uzaq Şərqin inkişafına dair milli proqrama həsr olunmuş iclasında çıxışı zamanı bildirib.

İclasda Yakutiya rəhbəri Aysen Nikolayev “Uzaq Şərq Rusiyaya lazımdırmı?” sualı ilə çıxış edib:

“Görünür, bu sualın cavabı bu gün üçün tamamilə aydındır. Lakin yaxın vaxtlara qədər bir çoxları bundan əmin deyildilər. Hətta bir çox yüksək tribunalardan belə Uzaq Şərqin sadəcə büdcə vəsaiti tələb edən ballast olduğu fikri səsləndirilirdi”.

İclasın bu məqamında Rusiya Prezidenti Vladimir Putin Nikolayevin çıxışını kəsib: “Hansı axmaqların bu cür danışdıqlarını bilmirəm”.

Nikolayev isə öz növbəsində bu cür fikirlərin 25 il əvvəl səsləndirildiyini qeyd edib. Putin buna cavab olaraq bu gün barədə danışmağı məsləhət görüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR