Dərc edildi: Baxış sayı: 391
:0
Putindən qərar: Bu qanunu pozanlar cərimələnəcək
Rusiya Prezidenti Vladimir Putin "Xarici agent" qanununu pozan şəxslərə və təşkilatlara həbs cəzası və cərimələrin tətbiqi barədə qərar imzalayıb.
Axar.az xəbər verir ki, Putinin qərarına əsasən, xaricdən maliyyələşdirilən şəxs və ya təşkilatlar internetdə və yaxud başqa bir mühitdə qaydanı pozarsa, cəzaya məruz qalacaq.
Qaydaları pozan şəxslər 10 min rubldan (270 AZN) 100 min rubla (2700 AZN) qədər cərimələnəcək, yaxud da 15 gün müddətinə azadlıqdan məhrum ediləcək. Təşkilatlar isə 500 min rubldan (təxminən 13 min 500 AZN) 5 milyon rubla (135 min AZN) qədər cərimələnəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət