Dərc edildi: Baxış sayı: 535
:0
Putindən Jirinovskinin təklifinə reaksiya: Baxılacaq!
Rusiya Prezidenti Vladimir Putin Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin vergilərin azaldılması ilə bağlı təklifinə baxılacağını bildirib.
Axar.az xəbər verir ki, prezidentlə görüşən partiya sədri bəzən vergilərin həcminin azadılmasının ölkə üçün sərfəli olduğunu vurğulayıb.
“İndi ƏDV qaldırıldı, amma digər ölkələrdə endirilir”, - Jirinovski bildirib.
Dövlət başçısı isə bir çox ölkələrdə vergi yükünün Rusiyadakından çox olduğunu bildirib:
“Nəzərə alın ki, digər ölkələrdə vergi yükü bizdənkindən çoxdur. Məsələyə baxılacaq”.
Qeyd edək ki, Putin Jirinovskini ötən gün Rusiya Liberal-Demokrat Partiyasının 30 illiyi ilə bağlı qəbul edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət