Putindən Ermənistana böyük zərbə: Bakı və Ankaranın...
Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusda təmsil olunmaq haqqında qanun layihəsini təklif edib.
Publika.az xəbər verir ki, sənəddə KTMT-nin üzv dövlətləri ilə yanaşı, üzv olmayan ölkələr üçün müşahidəçi status nəzərdə tutulur.
Putinin bu təklifi Ermənistanda ciddi nartahatlıq yaradıb. Erməni şərhçi Sərkis Artsruni yazır ki, bu, KTMT-nin qapılarını Azərbaycan və Türkiyənin üzünə açacaq.
“Müşahidəçi statusun yaradılması Ermənistan üçün KTMT-də ciddi problemlər yaradacaq. Başqa sözlə, Bakı və Ankaranın önü açılır, İrəvan üçün yeni “sualtı riflər” yaradılır. Rusiya inqilabçı Ermənistanı cəzalandırır”, - deyə erməni şərhçi iddia edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət