Slimfit
  1. DÜNYA

Putin və Merkel telefonla danışıqlar aparıb

Putin və Merkel telefonla danışıqlar aparıb
Sakura

Putin və Merkel telefonla danışıqlar aparıb

Rusiya Prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
Azvision.az Kremlin saytına istinadən xəbər verir ki, liderlər “Şimal axını-2”, Liviya və Suriyadakı vəziyyət, Donbasda girovların mübadiləsinə dair məsələləri müzakirə ediblər.

Putin və Merkel “Şimal axını-2” layihəsinə gələcəkdə dəstəklərini bir daha təsdiqləyiblər. Gələn ilin yanvarından Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı danışıqlarda irəliləyiş olduğunu qeyd ediblər.

Liderlər Suriya və Liviyadakı vəziyyəti, həmçinin Almaniya və BMT-nin vasitəçiliyini müzakirə ediblər, böhranın həlli üçün səyləri artırmağı razılaşdırıblar.

Bundan əlavə, Putin və Merkel Donbasda məhbusların mübadiləsini müsbət qiymətləndiriblər.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR