Slimfit
  1. AZƏRBAYCAN

Putin və Ərdoğan Qarabağı müzakirə edəcək

Putin və Ərdoğan Qarabağı müzakirə edəcək
Sakura

Putin və Ərdoğan Qarabağı müzakirə edəcək

Moskvada Rusiya və Türkiyə prezidentlərinin görüşü zamanı Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq.


Femida.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə hökumətindəki mənbə Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Türkiyə hər zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini diqqətdə saxlayır:

"Müzakirələrin əsas mövzusunun Türkiyə-Rusiya münasibətləri olmasına baxmayaraq, gündəlikdə, həmçinin Cənubi Qafqazdakı vəziyyət də yer alacaq".

Qeyd edək ki, Türkiyə Prezidenti bu gün Rusiyaya səfər edəcək.

Səfər çərçivəsində türkiyəli liderin Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılıb. Görüşdə ikitərəfli münasibətlərin inkişaf prespektivləri müzakirə olunacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR