Slimfit
  1. DÜNYA

Putin üçün yaranmış yeni şans – “Artıq heç bir qərar Kremlin iştirakı olmadan verilmir”

Putin üçün yaranmış yeni şans – “Artıq heç bir qərar Kremlin iştirakı olmadan verilmir”
Sakura

Putin üçün yaranmış yeni şans – “Artıq heç bir qərar Kremlin iştirakı olmadan verilmir”

Rusiya prezidenti Vladimir Putin bugünlərdə verdiyi müsahibədə bildirib ki, Suriya torpaqlarında qeyri-legitim yerləşmiş kim varsa, dərhal bu əraziləri tərk etməlidir. Burada amerikanların ölkəni tərk etməsi nəzərdə tutulur. Ona görə ki, Amerikan hərbçiləri Suriya hökumətinin iradəsinin əksinə olaraq bu ərazilərə giriblər. Rusiyanın fikrinə görə, bütün ABŞ hərbçilərinin Suriya ərazilərindən çıxması məntiqli hərəkət olardı.

Rəsmi bəlağətdən başqa, skeptik əhval-ruhiyyə də mövcuddur. Rusiya hökumətinə yaxın olan “Valday” klubunun elmi işlər direktoru və xarici məsələlər üzrə eksperti Fyodr Lukyanov bu barədə bildirib: “Əlbəttə, ABŞ qoşunlarının Suriyadan çıxması Rusiyanın strateji maraqlarına cavab verir. Digər yandan isə, son iki ildə ABŞ əsgərləri təhlükəsizliyin mühüm və həmçinin də, sabitləşdirici faktoru olub və bu, münaqişənin bütün tərəflərini qane edib”.

Putin Əsədi xilas edib

“Al Monitor” internet nəşrində məqalələr dərc edən Suriya üzrə ekspert Kiril Semyonov Suriya ətrafında baş verənləri belə şərh edib: “Ən əvvəl bir problemi görmək lazımdır: Amerikanlar olmadan Moskva üçün Ankara və Dəməşq arasında manevr etmək çox ağır olacaq. Amerikanlarsız Türkiyə və Suriya hökumətinin maraqları diametral ziddiyyət təşkil edir. Əgər ABŞ qoşunlarını çıxarsa, onda Bəşər Əsəd hərbi kampaniyanı genişləndirməyə cəhd göstərəcək. Əlbəttə ki, Türkiyə silahlı qüvvələrinin indi tutmağa çalışdığı ərazilərə də daxil olmağa çalışacaqlar. Mən hesab edirəm ki, Moskva qarşıdurmanı önləyə bilər. Amma bu heç də asan iş deyil”.

2015-ci ildə Rusiya hərbçiləri müharibəyə müdaxilə edib, ilk aviazərbələr endirən vaxtlarda Bəşər Əsəd Suriyanın böyük hissəsinə nəzarəti itirmişdi və hətta onun hakimiyyəti saxlamaq şansı da çox azdı. Lakin rus qırıcıları bütün ölkə üzrə zərbələr endirməklə Əsədin yolunu açdılar. Dörd ildən sonra ölkənin 70 faizi Əsədin nəzarəti atına qayıdıb. Hazırda Rusiya mühüm və güclü oyunçudur. Artıq Suriyada heç bir qərar Kremlin iştirakı olmadan verilmir.

Trampın planı

Lukyanov deyib: “Trampın rəqibləri iddia edirlər ki, o, Suriyanı Putinə güzəştə getdi. Amma bu seçkiqabağı kampaniyadır. Heç kimi Suriyanı Putinə bağışlamayıb. Vəziyyət xüsusilə ağır olanda onun özü Suriyaya gəlib. O, çox şeylə risk edib və uğur qazanıb. İndi Tramp üçün ən başlıca məsələ seçkiqabağı kampaniyadır. Trampın işi onunla bitəcək ki, o, Suriya ərazisindəki hərbçilərin sayını azaldacaq”.

Əsədin möhkəmlənməsi – Putinin möhkəmlənməsidir

Hər iki ekspertin fikrinə görə, Suriyada baş verən hadisələrin yeni gedişi, deyilənlər kimi heç də gözlənilməz olmayıb. Bundan başqa Semyonov deyir: “Rəsmi bəyanatların əksinə olaraq, Türkiyənin həyata keçirdiyi hərbi əməliyyatlar Rusiya üçün ciddi problem yaratmır. Suriyaya müdaxilə bizi elə də təəccübləndirmədi. Çox güman ki, bu əməliyyat Kremllə öncədən razılaşdırılıb”.

Lukyanov da həmçinin bu fikirdədir. O, deyib: “Ankara Vaşinqton və Moskva ilə razılaşıb və bu məsələdə qırmızı xətt çəkilib. Rusiya bu cür güzəştlə barışa bilər, çünki belə bir güzəştdən əldə olunan üstünlük aydın görünür: kürdlər Vaşınqtona olan inamı itirirlər və onlar Əsədə, Kremlə müraciət etməyə məcbur olacaqlar. Amma onlar indiyədək yeni Suriyaya birləşməyə hazır deyildilər. İndi isə kürdlərin başqa yolları yoxdur”.

Bütün risklərə baxmayaraq, yeni vəziyyət tələb edir ki, Kreml Əsədin mövqeyinin güclənməsini davam etdirsin. Belə ki, Əsədin möhkəmlənməsi, bu regionda Rusiyanın təsirini gücləndirir. (“ARD”-Almaniya)

“AzPolitika”nın əlavəsi: Yaxşı olardı ki, Suriya ilə əlaqədar yaddaşımızı təzələyək. Rusiyanın Suriyaya hərbi kontingent göndərməsi yeni məsələ deyil. Hələ 1956-cı ildə prezident Şükrü-əl Kuatli ordu quruculuğu ilə bağlı Sovet İttifaqına müraciət etmişdi. SSRİ isə bu müraciətə müsbət cavab verərək, oraya hərbçilər yollamışdı. Sonra isə sovet hərbçilərinin sayı tədriciən artırıldı. SSRİ Suriyanın iştirak etdiyi bütün silahlı toqquşmalarda yaxından iştirak edib.

Ümumiyyətlə, rəsmi məlumata görə, 1956-cı ildən 1991-ci ilədək, yəni SSRİ-nin dağılmasına kimi Moskva Suriyaya toplam olaraq 17 min zabit və əsgər göndərib. Amma bir şeyi də qeyd etmək lazımdır ki, 1982-ci ildə Livan müharibəsi zamanı Suriyada 8 min sovet hərbçisi vardı. Həmin müharibə zamanı Livan ərazisində İsrail və Suriya arasında qanlı döyüşlər olmuşdu və İsrail ordusu Beyrutu mühasirəyə alaraq, şəhəri bombalyıb, Fələstin Azadlıq Təşkilatını oradan çıxarmışdı. İndi Putinin Suriyaya qırıcılar və xüsusi təyinatlı dəstələr yollaması keçmişin başqa qiyafədə zühr etməsidir. Deməli, bu regionun timsalında geosiyasi məqsədlər uğrunda mübarizə hələ də davam edir. O ki qaldı kürdlərlə bağlı məsələyə, Suriya, qonşusu Türkiyənin güclü və nüfuzlu dövlət olmasını heç zaman həzm edə bilməyib. Daha doğrusu, Rusiya belə düşünür. Lakin indi Türkiyə 1970-1980-ci illərin Türkiyəsi deyil, o xeyli güclənib.

Nəzərdən qaçırmayaq ki, PKK-nın başçısı Abdulla Öcalan Suriyanın paytaxtı Dəməşqdə məskunlaşmışdı. PKK isə hərbi təlimlərini Suriyanın nəzarəti altında olan Livanın Beka vadisi adlanan yerdə keçirdi. 1999-cu ildə Türkiyənin o zamankı baş naziri Məsud Yılmaz Suriyaya xəbərdalıqla bidirirdi ki, əgər siz PKK-ya yardımı dayandırmasanız, onda biz müharibə aparmaq məcburiyyətində qalacağıq. Suriya vəziyyətin ciddiliyini görüb Öcalanı ölkədən çıxardı və o, Moskvaya yollandı. İndi dəyişən nə olub ki? Yeri gələrsə və fürsət yetişərsə, Suriya həmin siyasətini yenə də yürüdəcək. Ona görə də, Türkiyə yaxın tarixi keçmişi unutmayaraq, geosiyasi oyunlarda təmkin və məharət nümayiş etdirməlidir.

Mənbə: hurriyyet.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR