Putin: Suriya məsələsinin Türkiyə üçün nə qədər həssas olduğunu bilirəm
Rusiya Türkiyə ilə birlikdə Suriyadakı vəziyyətin nizamlanması üçün çox şey edib.
Ens.az Apa.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşünün protokol hissəsində çıxışında bildirib.
“Mən Suriya məsələsinin Türkiyə üçün nə qədər həssas olduğunu bilirəm”, - deyə Rusiya lideri Suriya nizamlanması ilə bağlı Ankara ilə birlikdə Astana formatında aparılan danışıqların faydasından danışıb.
Putin qeyd edib ki, regionun digər ölkələri, Liviya treki və ikitərəfli və beynəlxalq xarakterli bir çox məsələlər Ərdoğanla danışıqların diqqət mərkəzində olacaq.
“Dəvətimizi qəbul edib Soçiyə gəldiyinə görə təşəkkür edirəm”-- deyə Rusiya prezidenti yekunlaşdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət