Slimfit
  1. AZƏRBAYCAN

“Putin Qarabağ münaqişəsini həll edir, bir şərtlə ki…” – Rus nəşrindən şok iddia

“Putin Qarabağ münaqişəsini həll edir, bir şərtlə ki…” – Rus nəşrindən şok iddia
Sakura

Rusiya hərbi sahə də daxil olmaqla, keçmiş sovet respublikalarını bir çətir altına yığmağa çalışır

Rusiya hərbi sahə də daxil olmaqla, keçmiş sovet respublikalarını bir çətir altına yığmağa çalışır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyada nəşr olunan “Nezavisimaya qazeta” yazır.

Məqalədə qeyd edilir ki, keçmiş sovet coğrafiyasındakı nüfuzunu bərpa etmək istəyən Rusiya bölgədəki regional münaqişələri birdəfəlik həll etmək niyyətindədir.

Qəzet bu barədə Belarus, Qazaxıstan və Rusiya prezidentləri arasında danışıqların aparıldığını iddia edib: “Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ilk növbədə Donbas, Dnestryanı bölgə və Ermənistan-Azərbaycan münaqişələrinin tezliklə həll edilməsinin vacib olduğunu rusiyalı həmkarı Vladimir Putinin diqqətinə çatdırıb. Buna görə də, son zamanlarda Belarus, Qazaxıstan və Rusiya bu münaqişələrin həlli istiqamətindəki səylərini artırıblar”.

Qəzet qeyd edir ki, müttəfiqlər Ermənistan-Azərbaycan danışıqlarını intensivləşdirmək niyyətindədirlər: “Bu barədə məsələnin Daşkənddə müzakirə ediləcəyi gözlənilir. Rusiya bu danışıqlarda patronajlığı öz üzərinə götürə bilər”.

Məqalədə qeyd edilir ki, Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) görmək istəyən Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR