Slimfit
  1. DÜNYA

Putin pensiya yaşının çox artırılmasına qarşı çıxdı

Putin pensiya yaşının çox artırılmasına qarşı çıxdı
Sakura

Rusiya Prezidenti Vladimir Putin təqaüd reformlarının parametlərində dəyişikliklər edildiyini açıqlayıb.

Rusiya Prezidenti Vladimir Putin təqaüd reformlarının parametlərində dəyişikliklər edildiyini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Putin xalqa canlı müraciətində deyib. Onun sözlərinə görə, qadınlar üçün təqaüd yaşı 63-ə yox, 60 yaşa qədər artırılmalıdır:

“Bizim ölkədə qadınlara münasibət xüsusi əhəmiyyət daşıyır. Biz başa düşürük ki, onlar təkcə işdə əmək sərf etmirlər. Onların üzərinə həm də bütün evin əziyyəti - ailə qayğısı, uşaqların tərbiyəsi düşür. Qadınlar üçün təqaüd yaşı kişilərdən fərqli olaraq çox artırılmamalıdır. Ona görə də hesab edirəm ki, təklif edilmiş qanun layihəsində qadınlar üçün təqaüd yaşının 8 il yox, 5 il artırılmalıdır”.

Qeyd edək ki, bundan öncə Rusiya hökuməti təqaüd yaşının kişilər üçün 60-dan 65-ə, qadınlar üçün isə 55-dən 63-ə qədər artırılmasını təklif edib. Hökumətin həyata keçirmək istədiyi təqaüd reformları Putinin reytinqini kəskin şəkildə aşağı salıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR