Dərc edildi: Baxış sayı: 439
Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş nəzərdə…
Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş nəzərdə tutulmayıb.
Femida.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Vladimir Putinin iş qrafikində belə bir görüş nəzərdə tutulmayıb", - Peskov deyib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti 24-25 yanvar tarixlərində Moskvada olacaq. Nümayəndə heyəti Davosdakı Dünya İqtisadi Forumundan sonra Rusiyaya gələcək. Belə ki, Paşinyan Avrasiya İqtisadi Şurasında sədrliyin Ermənistana keçməsi münasibətilə Avrasiya iqtisadi komissiyasının ofisində çıxış etmək niyyətindədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət