Slimfit
  1. DÜNYA

Putin Parisdə Zelenski ilə ayrıca görüşəcək

Putin Parisdə Zelenski ilə ayrıca görüşəcək
Sakura

Putin Parisdə Zelenski ilə ayrıca görüşəcək

Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşəcək. “Qafqazinfo”nun “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin “normand dördlüyü”nün Parisdə keçiriləcək növbəti zirvə görüşünə ciddi əhval-ruhiyyədə gedəcək. O həmçinin, Fransa və Ukrayna Prezidentləri (Emmanuel Makron və Vladimir Zelenski), eləcə də Almaniya kansleri Angela Merkel ilə ayrı-ayrılıqda vacib ikitərəfli görüşlər keçirməyi planlaşdırır.

Kreml liderlərin görüşündən Donbassdakı vəziyyəti həll etmək və “Minsk-2”nin eroziyasının qarşısını almaq üçün addımlar gözləyir.

Qeyd edək ki, “Normand formatı” Donbasdakı vəziyyəti həll etmək üçün Almaniya, Rusiya, Fransa və Ukrayna arasında yaradılmış diplomatik qruplaşmadır. Ölkə liderlərinin növbəti danışıqları dekabrın 9-da Parisdə baş tutmalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR