Dərc edildi: Baxış sayı: 285
Putin özünün və Medvedevin maaşını artırdı
Rusiya prezidenti Vladimir Putin dövlət başçısının və hökumət başçısının əmək haqqının qaldırılması barədə sərəncam imzalayıb.
“RİA Novosti” xəbər verir ki, sərəncama əsasən 2019-cu il oktaybrın 1-dən prezident və baş nazirin maaşları 4,3% artacaq.
Sosial zəmanəti təmin etmək üçün əmək haqqları indeksləşdiriləcək.
Həmin sərəncamla eyni artım müdafiə nazirinin, daxili işlər nazirinin, Federal Təhlükəsizlik Xidmətinin rəisinin və bir sıra digər məsul şəxslərin maaşlarına da şamil olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət