Slimfit
  1. DÜNYA

Putin: Moldovada oliqarxlar hakimiyyəti qəsb edib

Putin: Moldovada oliqarxlar hakimiyyəti qəsb edib
Sakura

Putin: Moldovada oliqarxlar hakimiyyəti qəsb edib

 

Moskva Moldova Prezidenti İqor Dodona ölkəsindəki indiki mürəkkəb vəziyyətdə dəstək verməkdən imtina etməyəcək.

TASS xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bəyan edib.

V.Putin Moldovada hakimiyyətin oliqarx strukturlar tərəfindən qəsb edildiyini bildirib.

Rusiya lideri həmin qüvvələrin Moldovada qazandıqları pulları öz durumlarını və dövlətə təsir vasitələrini möhkəmləndirməyə xərclədiklərini deyib.

Qeyd edək ki, Moldovada iyunun əvvəlində siyasi vəziyyət yenə də gərginləşib. Rusiyayönümlü Moldova Sosialistlər Partiyası və Avropayönümlü ACUM bloku iyunun 8-də parlament əksəriyyətini formalaşdırıb və beləliklə, ölkə üç aydan sonra yeni hökumətə sahib olub.

Lakin Konstitusiya Məhkəməsi bu qərarı qanunsuz sayıb. Parlament isə cavab olaraq hakimiyyətdə olan Demokratik Partiyanın məhkəmə vasitəsilə rəhbərliyi qəsb etməyə cəhd etdiyini bəyan edib.

Növbəti gün Konstitusiya Məhkəməsi Demokratik Partiyanın sədr müavini Pavel Filipə parlamentin buraxılması və sentyabrın 6-da növbədənkənar seçkilərin təyin edilməsi haqqında fərman vermək üçün prezident vəzifəsinin səlahiyyətlərini həvalə edib. Moldova Prezidenti İqor Dodon məhkəmənin bu qərarının qəbuledilməz olduğunu bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR