Dərc edildi: Baxış sayı: 507
Putin Merkellə danışdı: İdlib müzakirəsi...
Rusiya Prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Hər iki ölkə rəsmisi telefon danışığı zamanı İdlib böhranını müzakirə edib. Böhranla bağlı martın 5-də Moskvada keçiriləcək Rusiya-Türkiyə zirvəsində müsbət nəticələrin əldə edilməsi arzu olunub.
Eyni zamanda, hər iki lider Liviya məsələsi barədə fikir mübadiləsi də aparıb. Berlində keçirilən Liviya Konfransında qəbul edilən qərarların həyata keçirilməsinin vacibliyi vurğulanıb”, - məlumatda bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət