Dərc edildi: Baxış sayı: 648
Putin MDB məkanındakı vəziyyəti Təhlükəsizlik Şurası ilə müzakirə edib
Rusiya prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirib.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Görüşdə MDB məkanındakı vəziyyət və Rusiya daxilində sosial-iqtisadi gündəmin aktual məsələləri müzakirə edilib”,deyə Peskov əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət