Dərc edildi: Baxış sayı: 552
:0
Putin: Keçmiş SSRİ respublikaları liderlərinin Moskvaya gəlməməsi böyük səhv olardı
Keçmiş SSRİ respublikaları liderlərindən hər hansı birinin Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyini qeyd etmək üçün Moskvaya gəlməkdən imtina etməsi səhv olardı.
“RİA Novosti” xəbər verir ki, bu sözləri illik böyük mətbuat konfransında sualları cavablandıran Rusiya Prezidenti Vladimir Putin deyib.
“Bu, onların hüququdur, lakin kimsə dövlətlərarası münasibətlərimizin bugünkü hansısa xüsusiyyətlərinə görə gəlməsə, düşünürəm ki, onlar üçün böyük səhv olardı. Çünki bu, öz vətənlərinin müstəqilliyi uğrunda mübarizə aparan və canlarını verən insanlara lazımi hörmətin göstərilməməsi anlamına gələcək”, - Putin bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət