Slimfit
  1. SİYASƏT

Putin İlham Əliyevi Qələbə paradına dəvət etdi

Putin İlham Əliyevi Qələbə paradına dəvət etdi
Sakura

Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi tədbirlərinə MDB-nin bütün liderləri dəvət alıblar

Rusiya Federasiyası Prezidenti Vladimir Putin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevi Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi ilə bağlı 2020-ci il 9 mayda keçiriləcək Qələbə Paradına dəvət edib.

 

Bu barədə Sputnik Azərbaycan-a Rusiya dövlət başçısının administrasiyasındakı tədbirin hazırlanması ilə tanış olan mənbə bildirib. Mənbə qeyd edib ki, Qələbə paradına MDB-nin bütün liderləri dəvət alıblar.

Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya Prezidenti Vladimir Putin qələbənin 75 illiyi tədbirlərinə Fransa, Çin, ABŞ, KXDR, Hindistan və Pakistan liderlərini də dəvət edib.

Qeyd edək ki, 2015-ci ildə Rusiyada keçirilən Qələbə Paradında 23 dövlətin rəhbəri, eləcə də BMT və YUNECKO rəhbərləri iştirak etmişdilər.




Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR