Dərc edildi: Baxış sayı: 228
Putin: Hər şey edəcəm, qəti addımlar atılır...
Rostovda vəziyyət ağır olaraq qalır. Faktiki olaraq Rostov vilayətində mülki və hərbi hakimiyyət orqanlarının işi əngəllənib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.
“Hərbi qiyamı təşkil edən, silahdaşlarına silah qaldıranlar Rusiyaya xəyanət edib. Və buna görə cavab verəcəklər. Mən Rusiya vətəndaşı kimi ölkəni müdafiə etmək üçün hər şeyi edəcəyəm, qəti addımlar atılacaq.
Sizi ölümcül, faciəvi səhvə yol verməməyə çağırıram. Yeganə düzgün seçim edin: cinayət əməllərində iştirak etməyi dayandırın. İnanıram ki, biz Vətənimizlə birlikdə istənilən sınaqdan çıxacağıq və daha da güclənəcəyik”, - Putin bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət