“Putin hələ Belarusa ordu göndərməyəcək” – Kremldən açıqlama
Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Belarusun hüquq-mühafizə orqanları və respublika rəhbərliyi vəziyyəti inamla nəzarətdə saxlayır. Bu baxımdan Rusiya təhlükəsizlik qüvvələrini Belarusa kömək üçün göndərməyəcək.
Ens.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi Kremlin rəhbərinin mətbuat katibi Dmitri Peskova istinadən yayıb.
“Hazırda bu ehtiyatdan istifadə etmək barədə söhbət getmir. Rusiya Prezidenti vurğuladı ki, bu, yalnız ekstremist elementlər birbaşa sabitliyi pozduqdan sonra baş verə bilər. İndi görürük ki, vəziyyət nəzarətdədir, buna görə bu barədə danışmağın mənası yoxdur”, – Peskov bildirib.
Onun sözlərinə görə, “bu vəziyyətdə asayiş keşikçiləri, respublika rəhbərliyi vəziyyəti olduqca inamla nəzarət altına alır və potensial olaraq böyük bir izdihamın yanında ola biləcək hər hansı bir təxribata imkan vermir”.
Daha əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko xarici təcavüz vəziyyətində Rusiya Federasiyasının qoşunlarını köməyə çağıracağını bildirmişdi.
Qeyd edək ki, Rusiya bir sıra digər ölkələrdən fərqli olaraq Belarusdakı seçkiləri qanuni hesab edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət