Dərc edildi: Baxış sayı: 541
Putin haqda zarafatlara qadağa… - Peskov açıqladı
Rusiya teleməkanında senzuranın artması və ölkə rəhbəri haqda zarafatlara qadağa qoyulması fikri ilə razı deyiləm.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov şoumen və yumor ustası Dmitri Brekotkinin səsləndirdiyi sözlərə münasibət bildirərkən deyib.
Kreml təmsilçisi TNT-nin Ukrayna Prezidenti Vladimir Zelenskinin baş rol aldığı “Xalqın xidmətçisi” serialını efirdən yığışdırmaq qərarı haqqında da danışıb:
“Prezident administrasiyasının bu mövzuya aidiyyəti yoxdur. Bizim hansısa kanalın siyasətinə, onların nəyi və hansı formatda nümayiş etdirməsinə qarışmaq hüququmuz yoxdur”, - deyə Peskov bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət