Dərc edildi: Baxış sayı: 273
Putin Gürcüstanla danışıqları yenidən Karasinə tapşırır
Qriqori Karasin əvvəlki kimi Gürcüstanla danışıqlarda Rusiyanı təmsil edəcək.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O bu barədə tapşırığı Rusiya Prezidenti Vladimir Putinin verdiyini bildirib.
Zaxarova Karasinlə Abaşidze arasında növbəti görüşün noyabrın sonunda keçiriləcəyini açıqlayıb.
Qeyd edək ki, Karasin bir müddət öncə Rusiya Xarici İşlər nazirinin müavini postundan istefaya göndərilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət