Putin Dodonu sona qədər dəstəkləyəcəyini açıqladı
Rusiya prezidenti Vladimir Putin "Mir" telekanalına müsahibəsində deyib ki, Moskva ölkədəki böhranın fonunda Moldova lideri İqor Dodonu dəstəkləməyə davam edəcək. FaktXəbər bildirir ki, bu barədə "TASS" məlumat yayıb.
"Biz prezident Dodonu və onun mövcud koalisiya tərəfdaşlarını son anadək Moldovanı qəsb etmiş insanlardan xilas olmaq üçün dəstəkləyəcəyik".-deyə Putin əlavə edib.
Rusiya lideri Moldovada daxili ziddiyyətlərin tez bir zamanda həll olması və iki ölkənin maraqları baxımından əməkdaşlıən davamına ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, iyunun 11-də Dodon Konstitusiyaya uyğunsuzluqdan ötəri keçmiş baş nazir Pavel Filipin parlamentin lburaxılması ilə bağlı fərmanının ləğv olunmasını elan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət