Slimfit
  1. DÜNYA

Putin bu dövlətə qarşı sanksiyaları ləğv etdi

Putin bu dövlətə qarşı sanksiyaları ləğv etdi
Sakura

Putin bu dövlətə qarşı sanksiyaları ləğv etdi

Rusiya Prezidenti Vladimir Putin Eritreya dövlətinə qarşı sanksiyaları ləğv edib.

Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə o, müvafiq fərman imzalayıb.

Sanksiyalar BMT Təhlükəsizlik Şurasının qərarına uyğun olaraq  2009-cu ilin dekabrından tətbiq edilib. Bu sanksiyalarla bütün dövlət müəssisələrinin, hüquqi və fiziki şəxslərin Eritreyaya silah, döyüş sursatı, hərbi texnika və ehtiyat hissələrini gətirməsi qadağan edilib. Bundan başqa, təlim xidmətlərinin təmin edilməsi və hərbi fəaliyyətlə bağlı hər hansı texniki və ya maddi yardımın təmin edilməsinə qadağa qoyulub.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 2009-cu ildə Eritreyaya qarşı Somalidə silahlı qruplaşmalara dəstək göstərdiyinə görə sanksiyalar tətbiq edib, 2018-ci ilin noyabrında ləğv edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR