Dərc edildi: Baxış sayı: 190
Putin BRICS taxıl birjasının yaradılmasını təklif etdi
Bu gün Kazan şəhərində BRICS sammitinin ikinci günü keçirilir.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, Putin sammit zamanı BRICS taxıl birjasının yaradılması təşəbbüsü ilə çıxış edib.
O bildirib ki, Rusiya sözügedən məhsulla bağlı ədalətli və proqnozlaşdırıla bilən qiymət göstəricilərinin formalaşdırılması üçün taxıl birjası yaratmağı təklif edir.
Onun sözlərinə görə, taxıl ərzaq təhlükəsizliyinin təmin edilməsində xüsusi rola sahibdir.
Xatırladaq ki, sammit oktyabrın 4-nə qədər davam edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət