Slimfit
  1. AZƏRBAYCAN

Putin Bakıya niyə gəlir?

Putin Bakıya niyə gəlir?
Sakura

Putin Bakıya niyə gəlir?

Rusiya prezidenti Vladimir Putinin çərşənbə günü Bakıya gözlənən səfərində müzakirə olunacaq məsələlərin siyahısı bəlli deyil, amma siyasi təhlilçilər hesab edirlər ki, çərşənbə axşamı baş tutacaq səfərdə, əsasən, hərbi əməkdaşlıq, ticarət, təhlükəsizlik, terrorla mübarizə və Yaxın Şərq məsələsi müzakirə olunacaq.

Təhlilçilər onun Bakıya səfərini həm də Azərbaycanda keçirilməsi ənənəvi hal almış Regional Əməkdaşlıq tədbiriylə əlaqələndirirlər.

Milli Məclisin deputatı Rasim Musabəyov hesab edir ki, Putin müəyyən addımlar atmaq üçün Azərbaycan və Ermənistan prezidentləri ilə təkrar görüşüb danışmaq niyyətindədir.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov BBC News Azərbaycancaya deyib ki, Qarabağ məsələsində Rusiya ilə Azərbaycan arasında mövqelərin yaxınlaşmasını "istisna etmir".

Politoloq Zərdüşt Əlizadə isə bildirib ki, tərəflər arasındakı anlaşma və məlumat mübadiləsi səmərəli olsa da, "ciddi dəyişiklik gözləmək sadəlövhlükdür".

"Rusiya özünü konstruktiv göstərmək marağndadır"

"Putin Azərbaycan prezidenti ilə Soçidə görüşdü, daha sonra Paşinyanı çağırtdırdı, onunla söhbət etdi. İndi Azərbaycana gəlməlidir və burdan da Yerevana gedəcək. O, müəyyən addımlar atmaq üçün Azərbaycan və Ermənistan prezidentləri ilə təkrar görüşüb danışmaq niyyətindədir", Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Rasim Musabəyov BBC News Azərbayancancaya deyib.

"Soçi görüşündə hər şey imzalanıb. Yeni bir bəyanat, yeni qərar qəbulu gözləmək lazım deyil. Daha çox regional əməkdaşlıqla bağlı nələrsə deyilə, dəstəklənə bilər", Rasim Musabəyov deyir.

O hesab edir ki, Putin Azərbaycan prezidenti ilə görüşündə Ermənistanın baş naziri Nikol Paşinyanla danışığının nəticələrini bildirəcək. "Putin Yerevana da gedəcək. Düşünürəm ki, onun nəticəsini biz görəcəyik. Münaqişənin həllinə doğru hesablanan qərarların verilməsi ehtimalı yaranacaq, yaxud da əksinə olacaq".

Deputat onu da vurğulayır ki, Putinin Bakıya səfərinin bir məqsədi də Azərbaycanda keçirilən Cüdo üzrə Dünya Çempionatının final yarışlarını yaxından izləmək istəyi də ola bilər.

"...Mövqelərin yaxınlaşmasını istisna etmirəm"

"Son zamanlar Azərbaycan-Rusiya əlaqələri intensiv şəkil alıb. Bu əlaqələrin əsas istiqamətləri bəllidir. Əsas intensivlik isə iqtisadi və tranzit sahələrdə özünü göstərir. İstisna etmirəm ki, bu səfərdə də, əsasən, iqtisadi və tranzit məsələləri müzakirə olunacaq", siyasi təhlilçi Tofiq Zülfüqarov deyib.

Cənab Zülfüqarovun fikrincə, Rusiya prezidentinin Bakıya hazırkı səfəri iki ölkə arasındakı əlaqələri yüksək qiymətləndirməsi və önəm verməsinin göstəricisidir.

O deyib ki, Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra baş verənlərin fonunda Qarabağ məsələsində Rusiya-Azərbaycan mövqelərinin yaxınlaşmasını "istisna etmir".

"Ermənistanda hakimiyyət dəyişib. Orda səslənən bəyanatlar heç də bu məsələnin siyasi yolla həllinə müsbət baxmağa imkan vermir", keçmiş nazir vurğulayıb.

Tofiq Zülfüqarov düşünür ki, bununla belə Putinin səfəri zamanı Qarabağ məsələsinin müzakirəsi gözlənəndir, ancaq o hesab etmir ki, hər hansı məsələnin detalları "açıq şəkildə bəyan olunsun".

"Hətta Qarabağ məsələsi ilə bağlı incəliklərin də ictimaiyyətə çatdırılacağına inanmıram", sabiq xarici işlər naziri belə deyib.

"Regiondakı vəziyyət çox dinamikdir"

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, görüşdə tərəfləri maraqlandıran məsələlər müzakirə olunacaq.

"Bu, ilk növbədə hərbi əməkdaşlıq, Qarabağ münaqişəsində tərəflərin rolu, tranzit məsələləri, təhlükəsizlik və iqtisadi əməkdaşlığın genişləndirilməsi, terrora qarşı mübarizə və təhlükəsizlik məsələləridir. Ola bilsin ki, Yaxın Şərqdəki məsələlər də müzakirə olunsun".

Zərdüşt Əlizadə istisna etmir ki, Ermənistandakı hazırkı vəziyyət də müzakirə oluna bilər: "Paşinyan cəmi 3-4 aydır hakimiyyətə gəlməsinə baxmayaraq, artıq Rusiya prezidenti ilə 5-6 dəfə görüşüb. Bu isə o deməkdir ki, regiondakı vəziyyət çox dinamikdir. Hadisələr sürətlə inkişaf edir, ona görə də belə sıx görüşlərə və məsləhətləşmələrə ehtiyac var".

Cənab Əlizadə hesab edir ki, tərəflər arasındakı anlaşma və məlumat mübadiləsi səmərəli olsa da, "ciddi dəyişiklik gözləmək sadəlövhlükdür".

O həmçinin deyib ki, Qarabağ məsələsində mövqelərin yaxınlaşmasını istisna etmir, lakin bu görüşdən müsbət nəticələrə ümid etmək lazım deyil.

İlham Əliyev və Vladimir Putin sentyabrın əvvəllərində Rusiyada, Soçi şəhərində görüşmüşdülər. Səfər çərçivəsində iki ölkə arasında energetika, iqtisadiyyat, idman, turizm və digər sahələrdə əməkdaşlıq üzrə 15 sənəd imzalanmışdı.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR