Slimfit
  1. GÜNDƏM

Putin “Bakı modeli”ni tətbiq etdi? – Dəyişiklik

Putin “Bakı modeli”ni tətbiq etdi? – Dəyişiklik
Sakura

Putin “Bakı modeli”ni tətbiq etdi? – Dəyişiklik

Rusiyada Nazirlər Kabinetinin tam tərkibdə istefası və yeni Baş nazirin təyini ilə bağlı Rusiya mediasında ciddi müzakirələr gedir.

Axar.az xəbər verir ki, az öncə Dumanın spikeri Vyaçeslav Volodinin Putinin Baş nazir postuna təklif etdiyi Mixail Mişustinlə bir saatlıq görüşü diqqət çəkib. Volodin deyib ki, Duma Şurasının üzvləri Mişustinlə bir saatdan artıq müzakirə aparıblar.

“O, deputatların çoxsaylı suallarına ətraflı cavab verdi”, - deyə Volodin Baş nazir postuna namizəddən razılığını bildirib.

Volodin həmçinin qeyd edib ki, Mişustini 1999-cu ildən tanıyır:

“Açıqdır, dinamikdir, regionları bilir. O – peşəkardır, regionların vergi qanunvericiliyini, gəlirlərini mükəmməl bilir”.

Qeyd edək ki, peşəkar iqtisadçı kimi xarakterizə edilən Mişustinin Rusiyanın iqtisadi baxımdan dəqiq və sərrast qərarlar almasında mühüm rol oynayacağı qeyd edilir.

Mütəxəssislərin fikrincə, Mişustin Putinin müəyyən etdiyi xəttdən çıxmayacaq, əksinə, Rusiya liderinin iqtisadi sferada müəyyənləşdirdiyi istiqamətin uğurla həyata keçirilməsi üçün çalışacaq.

Qeyd edək ki, Azərbaycanda peşəkar iqtisadçı Ə.Əsədovun da ölkə başçısının iqtisadi kursunu yüksək səviyyədə icra etməsi üçün Baş nazir postuna gətirildiyi haqda şərhlər geniş yayılmışdı.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR