Puqaçova Müslüm Maqomayevə görə səhnədən gedib
Rusiya estradasının primadonnası Alla Puqaçova bu dəfə Müslüm Maqomayevlə bağlı səs-küylü etiraf edib.
Oxu.Az bununla bağlı news.ru saytına istinadla məlumat yayıb.
Puqaçova deyib ki, karyerası boyunca Müslüm Maqomayevə əsaslanıb. Puqaçova onu kumiri hesab edib və bir dəfə özünə söz verib ki, onun səviyyəsinə çatdığı zaman səhnədən gedəcək.
“Bax, mən Müslim Maqomayevin uğurlarının səviyyəsinə çatdım. Mənə daha heç nə lazım deyil. Və o mənə dedi ki, 60 yaşında getmək lazımdı”, - Puqaçova Oleq Menşikovla müsahibəsi zamanı bu fikirləri deyib.
Primadonnanın sözlərinə görə, özünə vəd verib və sözünün üstündə durub.
Alla Puqaçova 2010-cu ildə səhnədən getdiyini açıqlayıb. Bundan sonra o, solo konsert verməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət