Pulu düzgün xərcləmək üçün 3 MƏSLƏHƏT
Pulunuzu balanslaşdırmaq və eyni vaxtda xoşbəxt olmaq elə də asan məsələ deyil. Az xərcləsəniz, özünüz üçün bir çox şeyi ertələmiş olacaqsınız, çox xərcləyəndə isə bir müddət sonra özünüzü boğazacan borc içində tapacaqsınız. Ona görə də pul və xoşbəxtliyin arasında balans yaratmaq bir az çətindir, ancaq mümkündür. Budur, sizə bu işdə kömək edəcək maraqlı məsləhətlər təqdim edirik.
Həddən artıq mötədil olmayın;
Mötədillik (özünü daha az fikirləşmək) ümümiyyətlə pis bir keyfiyyət deyil, ancaq hər şey kimi bunun da “ağını çıxaranda” xeyirdən çox ziyan gətirir. Özünüzə az pul xərcləsəniz, çox şeyi itirəcək, həyatınızı istədiyiniz kimi yaşamadığınıza görə xoşbəxt olmayacaqsınız. Bu səhvə yol verməmək üçün sadəcə oturub özünüzə kifayət qədər vaxt və vəsait xərcləyib xərcləmədiyinizi düşünün. Əgər özünüzə çox az pul xərclədiyinizi düşünürsünüzsə, yaxşı olar ki, bu xasiyyətinizi dəyişəsiniz. Qazandığınız pulun hamısını banka qoymaq əvəzinə istirahət üçün vaxt ayıraraq bu pulun bir qismi ilə başqa bir ölkəyə səyahətə çıxın. Beləcə, siz həm gələcək üçün pul yığa, həm də özünüzün hal-hazırkı xoşbəxtliyinizi təmin edə bilərsiniz.
Amma yuxarıdakılar heç də o demək deyil ki, əlinizə keçən hər qəpiyi özünüzə xərcləməlisiniz. Pulu nəyə, necə xərclədiyinizə nəzarət edin. Sırf bunun üçün bloknot ayırın, üstünə də iri hərflərlə “şəxsi büdcə gündəliyim” yazın. Hər gördüyünüz şeyi almayın. Onu almazdan əvvəl harda və nə üçün istifadə edəcəyinizi, onun sizə həqiqətən lazım olub-olmadığını düşünün. Bütün bunlardan sonra hələ də onu almaq istəyirsinizsə, qiymətinə fikir verin. Bu əşyanın qiyməti ədalətlidirmi? Onu bu qiymətə almağa dəyərmi? Həmin əşyanın cibinizə daha uyğun olan alternativi varmı?
Könüllü iş görün və xeyriyyəçiliklə məşğul olun;
Cəmiyyətin və özünüzün inkişafı üçün könüllü iş görün, xeyriyyəçiliklə məşğul olun. Əvvəllər bu cür işlərlə məşğul olmasanız belə, başlamaq heç vaxt gec deyil. İnternetdə xeyriyyə ilə məşğul olan qeyri-kommersiya təşkilatları ilə əməkdaşlıq edin. Bunu etməklə nəinki cəmiyyətin inkişafına az da olsa kömək etmiş olacaqsınız , həm də pulun sizin üzərinizdəki qüvvəsini azaldacaqsınız. Beləliklə, siz həyatınızı və büdcənizi balanslaşdıra biləcəksiniz.
Hobbinizi və sevdiyiniz məşğuliyyəti ikinci işə və ya biznesə çevirin;
Hobbinizi və ya məşğuliyyətinizi sizə gəlir gətirə biləcək bir işə çevirmək üçün onu mükəmməl bilmək şərtdir. Əlbəttə ki, bu həm də maraqlandığınız sahədə biznesin olub olmamasından asılıdır.
Uğurlar!
Mənbə: Gencaile.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət