Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Pulsuz təhsil, avtobus, yemək, ekskursiyalar... - Azərbaycan bu siyahıda yoxdur

Pulsuz təhsil, avtobus, yemək, ekskursiyalar... - Azərbaycan bu siyahıda yoxdur
Sakura

Pulsuz təhsil, avtobus, yemək, ekskursiyalar... - Azərbaycan bu siyahıda yoxdur

“Finlandiyada təhsil pulsuzdur. Yemək, ekskursiyalar, məktəbə aid hər şey pulsuzdur”. 

Yeni Sabah” xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib. O, sözlərinə belə davam edib:

“Əgər şagird məktəbdən 2 km uzaqda yaşayırsa, məktəb avtobusu onu dərsə pulsuz aparıb-gətirir. Hər şey dövlət tərəfindən ödənilir. Büdcənin 12 faizi təhsilə ayrılır.

Çox maraqlı təhsil sistemləri var:

1. VII sinifə qədər qiymətləndirmə şifahidir. Öz qiymətini ancaq məktəbli bilir. Bu onu dostları arasında əskilməkdən qurtarır.

2. Fin məktəblərində parta arxasında əyləşmək məcburiyyəti yoxdur. Dərs vaxtı kreslo, divanda əyləşmək, xalçanın üstünə uzanmaq mümkündür.

3. Fin müəllimlərinin fikrinə əsasən, uşaqlar istirahət etməli, valideynləri ilə vaxt keçirməlidirlər. Bu səbəbdən ev tapşırıqları çox az verilir və onu həll etmək üçün cüzi vaxt lazım olur.

4.Fin məktəblərində isə hər 45 dəqiqədən bir 15 dəqiqə fasilə (tənəffüs) verilir.

5. Finlandiyada valideynlər evə yaxın məktəbi seçirlər. Bu ölkədə elit məktəb anlayışı yoxdur. Bütün tədris ocaqlarının səviyyəsi eynidir.

6. Müəllimin illik maaşı 30 min avroya qədər işlədiyi iş saatına görə dəyişilir.

7. Fin təhsil sistemində birinci hədəf uşaqlara məktəbi sevdirməkdir, bunun üçün pulsuz yemək, dondurmalar verilir, oyunlar, yürüşlər təşkil olunur. Şagirdlərə məktəbdə gecələmək icazəsi belə verilir.

“Economist Intelligence Unit” agentliyinin “Pearson” mediaholdinqi üçün tərtib etdiyi reytinqə əsasən Finlandiyanın təhsil sistemi dünyada ən güclü sistemlərdən biri kimi tanınıb. Reytinqdə 2-ci yeri Cənubi Koreya, 3-cü yeri isə Honkonq tutmuşdur. Yaponiya və Sinqapur isə müvafiq olaraq 4-cü və 5-ci yerləri bölüşdürürlər. Rusiya 20-ci, ABŞ isə 17-ci yeri tutub. Azərbaycanın adı siyahıda yoxdur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR